Son yeniləmə · 31 avqust 2026
Dəstək
Sənə bir nəfər cavab verir: tətbiqi yazan adam.
Bizə yaz
Xəta, sual və ya təklif üçün: s.mohsunlu.dev@gmail.com. Cavab adətən bir-iki gün ərzində gəlir.
Xəta bildirirsənsə, bunları yazsan çox kömək edər: telefonun markası və modeli, Android versiyası, Fokus IO versiyası (Ayarlar səhifəsinin sonunda), nə etdiyin və nə gözlədiyin.
Qalxan işləmir
- Ayarlar → Xüsusi imkanlar bölməsində “Fokus IO Blocking” işə salınıbmı? Qalxan bunsuz işləmir.
- Açar boz görünürsə: Android 13 və daha yeni versiyalarda Tətbiq məlumatı → ⋮ → “Məhdud ayarlara icazə ver”.
- Ən azı bir tətbiq seçilibmi? Siyahısız Qalxan heç nə etmir.
- “Fokus zamanı” rejimindəsənsə, bloklama yalnız seans davam edərkən işləyir.
- Xiaomi, Samsung və oxşar telefonlarda avtomatik başlatmaya icazə ver və Fokus IO-nu batareya optimallaşdırmasından çıxar.
Ekran vaxtı görünmür
Ekran vaxtı Android-in “istifadə girişi” icazəsini tələb edir. Ayarlar → Tətbiqlər → Xüsusi giriş → İstifadə girişi bölməsində Fokus IO-nu tapıb işə sal. İcazə verildikdən sonra rəqəmlər növbəti açılışda görünür.
Uşağın cihazı sinxronlaşmır
Valideyn panelində cihazın son əlaqə vaxtı və xəbərdarlıqlar göstərilir. Cihaz uzun müddət xəbər göndərməyibsə, ən çox rast gəlinən səbəblər bunlardır: internet yoxdur, tətbiq məcburi dayandırılıb və ya batareya optimallaşdırması onu bağlayıb.
Hesabı silmək
Tətbiqdə: Ayarlar → Təhlükəli zona → Hesabı və məlumatları sil. Tətbiq artıq quraşdırılmayıbsa, hesabın e-poçt ünvanından bizə yaz.